Reklam Analizləri 15 - Vodafone | Hayellerin yanında duruyoruz.
- Gülmirzə Əlizadə

- Mar 29, 2024
- 2 min read
Ölkə: Türkiyə
Marka: Vodafone
Reklamın adı: Hayellerin yanında duruyoruz
Dəyişən görüntü sayı: 55
Reklam müddəti: 83 saniyə
Markanın dolayı görünmə faizi: 13 saniyə (15,6%)
Markanın birbaşa görünmə faizi: 9 saniyə (10,8%)
Ümumi xətt: Reklam 6 fərqli mövzuda korporativ sosial məsuliyyət ehtiva edir. Kadrlar həm təsiredici, həm də rəngli ssenariyə malikdir.
Təhlil: Açılış səhnəsi vodofone loqosundan ofisə keçidlə başlayır. Komputerdəki ekranda talep oluşturuldu yazısı ekrana çıxır. Bu yazı bundan sonra ekranda görünəcək səhnələr üçün yazılan yazıdır. Sonra kadr dəyişmədən speedy kadr ilə keçid effekti yaradılır və digər səhnəyə keçid olunur. Kamera avtomobilin daxilindən keçərək dayanır. Bazen durarak da çalışıyoruz yazısı ekranda görünür. Adınıza mama bağışı yapıldı yazısı çıxır. Bu kadrda heyvanlara diqqət verilməli olduğu bildirilir və Vodafone-nun heyvan yemləri üçün layihəsi ekranda görünür. Sonrakı kadrda isə Beşiktaş qadın futbol komandasına olan sponsorluq dəstəyi göstərilir. Slogan: Kadınların yanında duruyoruz. Tıpkı onlar gibi eşitliğe ben de varım diyerek. 34-cü saniyədə məktəblilərin yanındayız yazısı və yarınları kodlayan projesi ekranda görünür. Burada Vodafone-un layihə çərçivəsində məktəblilərin də daima yanında olduğu mesajı ötürülür. 40-ci saniyədə evdar xanımların yanındayıq mesajı ötürülüb. Dijital Benim İşim layihəsi ekranda görünür. 55-ci saniyədə şiddətə qarşıyıq, 60-cı saniyədə isə kiçik mağaza sahiblərinin yanındayıq mesajı ötürülür. Araz Bulut İylemli kadra daxil olur. 70-ci saniyədə isə Vodafone-un 58 000 işçisi olduğunu və daima onlara dəstək olduqları bildirilir. Sonda isə ana sloqan deyilir. Daha çok hayalin yanında durmak için hiç durmadan çalışıyoruz. Çünki teknoloji ve insan yan-yana gelince neler mümkün çok iyi biliyoruz.
Qeyd: Reklamda cəmiyyət üçün mühim məsələlərə toxunulub. Bunları aşağıdakı kimi sıralaya bilərik:
1) Heyvanlara dəstək
2) Qadın idmançılara dəstək
3) Məktəblilərə dəstək
4) Evdar xanımlara dəstək
5) Şiddətə məruz qalanlara dəstək
6) Kiçik mağaza sahiblərinə dəstək
Ümumilikdə Vodafone-un çatdırmaq istədiyi əsas məsələ onların hər zaman hər kəsə xəyallarını reallaşdırmaq üçün dəstək olmasıdır.



Comments