Reklam Analizleri 10 - Audi (The Audi RS 7 performance -Tear Drop)
- Gülmirzə Əlizadə

- May 16, 2022
- 1 min read
Ölkə: Almaniya
Marka: Audi
Reklamın adı: The Audi RS 7 performance -Tear Drop
Dəyişən görüntü sayı: 20
Reklam müddəti: 60 saniyə
Markanın dolayı görünmə faizi: 35%
Markanın birbaşa görünmə faizi: 25%
Ümumi xətt:
Əsərə bənzər bir dəst xəttə malik reklam. Gözyaşı damlasının avtomobil ilə hekayəsinin sonda avtomobillə bütünləşmədiyini görürük.
Mətn hissə:
----------------------
Təhlil:
Fokus niyə həm də göz yaşı damlasınadır?
O avtomobili niyə tərk etdi?
Əslində olduqca düşündürücü reklamdır. Göz yaşı damcısı avtomobil boyu hərəkət edir və sonra onu tərk edir amma çox çətinliklə. Həmin zaman kəsimində isə avtomobil 6 fərqli rakursdan (yan tərəf, ön tərəf yandan, uzaqdan ön tərəf, interyer, təkər və avtomobilin gövdəsi) göstərilir. Çünki o damcının hara istiqamətlənəcəyi maraq doğurur ki, bu da reklamı daha axıcı edir. Sonluq, onun avtomobildən ayrılması və avtomobil sürətli kadrlarla göstərilməsi ilə yekunlaşır. Bir sözlə bu reklama sonuna qədər baxmağa məcur ediblər desək yanılmarıq. Digər nöqtəyi nəzərdən isə göz yaşı damlasının avtomobili belə çətin tərk etməsi, avtomobili idarəedən üçün onu dəyişməyin çətin bir seçim olduğu vurğusudur.



Comments