top of page
Search

Reklam Analizleri 7 - Fiat (bad boyS 500S)

  • Writer: Gülmirzə Əlizadə
    Gülmirzə Əlizadə
  • Aug 23, 2021
  • 1 min read


Ölkə: İtaliya

Marka: Fiat

Reklamın adı: bad boyS 500S

Dəyişən görüntü sayı: 14

Reklam müddəti: 41 saniyə

Markanın dolayı görünmə faizi: 85%

Markanın birbaşa görünmə faizi: 22%

Musiqi: El Freaky - Bad Boys (Audio) ft. Mr. Lexx, Cybertronics



Ümumi xətt:

Avtomobil şirkətində işləyən oğlanın hirsini avtomobildən çıxması ilə başlayır. Bu səhnəni xanım davam etdirir eyni qayda ilə. Əslində isə 2-ci səhnə birinci səhnəni yaradıb. Sonra isə avtomobilə tam fokus verilir.


Mətn hissə:


Yeni fiat 500s. Dəcəl oğlanlar üçün test edildi.


Təhlil: Reklam ərzində avtomobil daima diqqət mərkəzində olub. Bunu markanın dolayı 85%-lik görünmə dərəcəsində müşahidə edə bilərik. Oğlan qapını 2 dəfə bərk örtür, təkərə 3 dəfə zərbə endirir, sonda isə avtomobil kapotuna 3 dəfə çanta ilə zərbə endirir. Qadın isə bu hərəkətləri 1 dəfə edir. Qadın oğlanı əsəbləşdirir və oğlan bütün əsəbini avtomobildən çıxır. Qadın da həmçinin bütün əsəbini avtomobildən çıxır. Reklamın bu səhnələri izləyicini reklama tam baxmağa təşviq edir və mizah doludur. Növbəti səhnələr isə tam avtomobilə fokuslu çəkilib. Bir sözlə reklamın tam izlənmə nisbəti çox yüksəkdir.

 
 
 

Comments


  • Facebook - Black Circle
  • Instagram - Black Circle
  • LinkedIn - Black Circle
  • X
  • Youtube
  • TikTok

© Gulmirze

Follow me on social networks

bottom of page