Reklam Analizleri 8 - Mercedes Benz (Let them eat dust)
- Gülmirzə Əlizadə

- Aug 23, 2021
- 1 min read
Ölkə: Almaniya
Marka: Mercedes Benz X Class
Reklamın adı: Let them eat dust (Toz yesinlər)
Dəyişən görüntü sayı: 48
Reklam müddəti: 45 saniyə
Markanın dolayı görünmə faizi: 47%
Markanın birbaşa görünmə faizi: 24%
Musiqi: Bloodshot Bill - Take Me For A Ride
Ümumi xətt:
Reklamda hər kəs avtomobili idarə edən şəxsin kim olduğunu müəyyənləşdirməyə çalışır. Line follow sujet xəttindən istifadə olunaraq çox gözəl görüntü axıcılığı yaradılıb.
Mətn hissə:
----------------
Təhlil: Reklamda çox kiçik detaldan tutmuş hər bir səhnə böyük professionallıqla lentə alınıb. Açılış səhnə yalnız mercedes loqosunun görüntüsü ilə başlayır və ondan sonra ona baxan kəskin baxışlarla davam edir. Yan və ön görüntü göstərilir və avtomobildəki şəxsi müəyyənləşdirməyə cəhd edilir. Hərkəs onun arxasınca düşür. Burdakı səhnələrdə avtomobilin yolsuzluq şəratində necə getdiyi göstərilir. Bu səhnələr bizə əsasən şüuraltı təsir edir çünki biz avtomobilin onu izləyənlərdən yayına biləcəyinə fokuslanırıq ki, bu da avtomobili reklam boyu daima izləməyimiz ilə nəticələnir. Bu metod focus car metodur. Bir sözlə 2 mənada ( tam izləmə və detallara toxunma) reklam çox gözəl sənət əsəridir.



Comments