top of page
Search

Reklam Analizləri 11 - Barilla

  • Writer: Gülmirzə Əlizadə
    Gülmirzə Əlizadə
  • Jun 9, 2022
  • 1 min read

Ölkə: İtaliya

Marka: Barilla

Reklamın adı: Masters of Pasta with Roger Federer & Davide Oldani

Dəyişən görüntü sayı: 106

Reklam müddəti: 120 saniyə

Markanın dolayı görünmə faizi: 18 saniyə (15%)

Markanın birbaşa görünmə faizi: 10 saniyə (8,3%)

Musiqi: Zorba's Dance - Mikis Theodorakis



Ümumi xətt:

Roger Federer tennis üzrə peşəkardır, lakin mətbəxdə tam həvəskardır. Buna görə də o sevimli italyan aşpazlarımızdan biri Davide Oldani tərəfindən ilk kulinariya dərsini almağa dəvət olunub.



Təhlil:

Reklam olduqca axıcı sujet xəttinə malikdir. Roger makaron bişirməyi öyrənmək üçün kulinariya məktəbinə gəlir. Kadrlar tennis ilə makaronun kombiyası olunmasını əks etdirir. 16-cı saniyədə bir növ korta daxil olma görüntüsü verilir. Roger 26-cı saniyədə makaronu çantadan çıxardır (makaron raketkaya bənzədilib). 35-ci saniyə pomidoru atıb tutur (pomidor tenis topuna bənzədilib). 52-ci saniyə tavanı sürətli fırladır (bu raketkaya bənzədilmədir). 65-ci saniyə pomidorları əlində fırladır (pomidor tenis topuna bənzədilib). 68-ci saniyə əlinə üfürür(oyunlarda bu hərəkəti edir). 83- cü saniyə ani hərkətlə tavaya yağ əlavə edir(oyun zamanı sürətli reaksiya verməsinə bənzədilib). Ümumilişdirdiyimiz zaman belə nəticə çıxır ki, Roger yemək dərsini uğurla başa vurur. Əslində makaronun dadlı və keyfiyyətli olması əsas məğzi təşkil edir.

 
 
 

Comments


  • Facebook - Black Circle
  • Instagram - Black Circle
  • LinkedIn - Black Circle
  • X
  • Youtube
  • TikTok

© Gulmirze

Follow me on social networks

bottom of page