top of page
Search

Reklam Analizləri 12 - Alfa Romeo | Giulia & Stelvio

  • Writer: Gülmirzə Əlizadə
    Gülmirzə Əlizadə
  • Feb 26, 2023
  • 2 min read

Ölkə: İtaliya

Marka: Alfa Romeo

Reklamın adı: Alfa Romeo | Giulia & Stelvio | Wicked Game

Dəyişən görüntü sayı: 27

Reklam müddəti: 47 saniyə

Markanın dolayı görünmə faizi: 40 saniyə (85%)

Markanın birbaşa görünmə faizi: 5 saniyə (10,6%)

Musiqi: Ursine Vulpine ft. Annaca - Wicked Game



Ümumi xətt:

Alfa Romeo markasının Giulia və Stelvio modellərinə çəkiliş zamanı obraz qatılaraq bir növ modellərin rəqsi canlandırılır.



Təhlil:


Reklam Giulia və Stelvio modellərinin obrazlı çəkilişi əsasında qurulub.Bundan əlavə arxa fonda səslənən mahnı görüntü ilə birbaşa əlaqəlidir. Mahnının sözləri aşağıdakı kimidir:


I never dreamed that I'd meet somebody like you

And I never dreamed that I'd lose somebody like you

No, I don't wanna fall in love

No, I don't wanna fall in love


Sənin kimi biri ilə qarşılaşacağımı heç xəyal etməmişdim

Sənin kimi birini itirəcəyimi heç xəyal etməmişdim

Xeyr, aşiq olmaq istəmirəm

Xeyr, aşiq olmaq istəmirəm


Reklam 2 avtomobil 1 yarış treki yazısı ilə başlayır. Kamera görüntüyə avtomobillərin arasından daxil olur. 4-cü saniyədə yuxarı dron kadrında sağ tərəfdəki Giulia modeli Stelvio-un qarşısına keçir. Sonra görüntü dəyişərək avtomobillər yer dəyişdirir. Növbəti hissədə Giulia modeli arxaya hərəkət edir və Stelvio modeli ilə qarşı qarşıya hərəkət edir. Sonra isə dinamik kadrlarla avtomobillər yan-yana irəliləyir. 32-ci saniyədə Giulia modeli

Stelvio modeli ətrafında dövrə vurur və onu təqib edir. Son səhnə isə avtomobillərin yan - yana hərəkəti ilə tamamlanır. Ümumi mənaya əsasən, bu hissəni 2 cür analiz etmək olar. 1-ci versiyada bunlar bir-birini ilk dəfə görür, 2- ci versiyada isə bir-birini tanıyırlar və yenidən bir-birilərini görürlər. Hər 2 versiyada isə sonluq eyni cür olur. Obrazlı olan bu çəkiliş insan hisslərinin avtomobillərdə yansıması kimi qələmə verilə bilər.



Qeyd:


Giulia və Stelvio modelləri italyan avtomobil istehsalçısı Alfa Romeo tərəfindən istehsal edilən avtomobillərdir və şəxs adları deyil.


Giulia Alfa Romeo tarixində bir model adıdır. İlk dəfə 1962-ci ildə təqdim edilən Giulia şirkətin ən məşhur və uğurlu modellərindən biridir. Bu gün Alfa Romeo Giulia adını lüks sedan sinifindəki modeli üçün istifadə edir.


Stelvio, İtaliyanın ən yüksək dağı olan Stelvio keçidinin adını daşıyan SUV modelidir. Alfa Romeo bu modeli 2016-cı ildə təqdim etdi və Giulia ilə eyni platformadan istifadə edir.






 
 
 

Comments


  • Facebook - Black Circle
  • Instagram - Black Circle
  • LinkedIn - Black Circle
  • X
  • Youtube
  • TikTok

© Gulmirze

Follow me on social networks

bottom of page