Reklam Analizləri 13 - Porsche | The New Porsche Cayenne Turbo GT
- Gülmirzə Əlizadə

- Sep 13, 2023
- 2 min read
Ölkə: Almaniya
Marka: Porsche
Reklamın adı: The New Porsche Cayenne Turbo GT
Dəyişən görüntü sayı: 101
Reklam müddəti: 160 saniyə
Markanın dolayı görünmə faizi: 122 saniyə (76%)
Markanın birbaşa görünmə faizi: 35 saniyə (21%)
Ümumi xətt: Reklam olduqca dinamik kadrlara malikdir. Modelin əsas üstün göstəriciləri və performansı reklam boyunca daima diqqət mərkəzində saxlanır. Avtomobil özü ilə zamana qarşı yarışır.
Təhlil: Açılış səhnəsi Porsche-in yüksək sürətlə kadra daxil olması ilə başlayır. Sonra sakitlik çökür və yavaş kadrla əvəzlənir. 19-cu saniyədə yenidən dinamik kadr başlayır və avtomobil kadra yüksək sürətlə daxil olur. 22-ci saniyə zamana qarşı yarışın başladığı kadrı göstərir. Sonrakı kadrlarda avtomobil sürəti ilə spidometr arasında kadrlar ardıcıl olaraq əlaqələndirilmişdir. 39 saniyədən sonra isə zamana qarşı avtomobil yarışının kadrı başlayır. Bununla ilk gün bitir. İkinci gün başlayır yenidən avtomobil zamana qarşı özü ilə yarışdadır. Kadrlarda dinamik olmaqla yanaşı avtomobilin detallarına da xüsusi yer ayrılır. Bu hissələrdə interyer və eksteryer kadrları bir-birini əvəz edir. 92- ci saniyə mükəmməl dron kadrı mövcuddur. Bu kadrda avtomobil L vəziyyətində kadra alınır və sükana sürətli keçid verilir. 119-cu saniyə reklamdakı dinamizmə slow motion verir. 114-cü saniyə artıq 2-ci gün yekunlaşmaq üzrədir. Bu hissələr də dinamik kadrlarla davam edir və gün bitir. Avtomobil zamana qalib gəlir. 130-cü saniyə sürətli kadrla növbəti günə keçid verir.
Reklamda avtomobilin aşağıdakı üstün göstəriciləri yazılı formada aşağıdakı saniyələrdə göstərilmişdir və kadrlar göstəricilərə uyğun lentə alınmışdır:
24-cü saniyə - 471 kVt (640 at gücü)
26-cı saniyə - 859 Nm
29-cu saniyə - Turbo GT xüsusi ön hissə
30-cu saniyə - Mərkəzi analoq fırlanma sayğacı
34-cü saniyə - LED arxa fənərlər daxil olmaqla. Qara rəngdə "PORSCHE" loqosu olan işıq zolağı (mat)
43 saniyə - Porsche Seramik Kompozit Əyləc (PCCB)
46-cı saniyə - quraşdırılmış dam spoyleri ilə arxa qapı
54-cü saniyə - LED matrisi - şüa faralar daxil olmaqla. Porsche Dynamic Light System Plus (PDLS plus)
57-ci saniyə - geniş dəri əşyaları ilə Alcantara interyeri
60-cı saniyə - Titandan idman egzoz sistemi
65-ci saniyə - Neodyme-də kontrast tikişli GT interyer paketi
70 saniyə - Porsche Torque Vectoring Plus (PTV Plus)
72-ci saniyə - Adaptiv arxa spoyler ilə Porsche Active Aerodynamics (PAA).
75-ci saniyə - Konturlu karbon dam
81-ci saniyə - Alkantarada perforasiya edilmiş oturacaq mərkəzi olan 4 idman oturacağı
88-ci saniyə - Karbonda əhəmiyyətli diffuzor trimləri
91-ci saniyə - Aktiv rulon stabilizasiyası Porsche Dynamic Chassis Control (PDCC)
97 saniyə - Performans şinləri ilə Satin Neodyme-də 22 düymlük GT Design disklər
113 saniyə - Sport Chrono Paketi
116-cı saniyə - Alkantarada çoxfunksiyalı idman sükanı, sarı rəngdə saat on iki işarəsi ilə
128-ci saniyə - Adaptiv 3 - kameralı hava asqı sistemi. Porsche Aktiv Asqı İdarəetmə (PASM)
idman dizaynı və aşağı asqı ilə
146-cı saniyə - Arxa Ox Yönləndirməsi
153-cü saniyə - Yeni Cayenne Turbo GT



Comments